BAKI, 8 avqust — Sputnik. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində 1 nəfərin dənizdə (nəzarətsiz ərazi) batması barədə məlumat daxil olub. Sputnik Azərbaycan xəbər verir ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 2005-cı il təvəllüdlü Yaqubova Lalə Fətəli qızının meyiti tapılaraq dənizdən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, ötən sutka ərzində dənizdən daha iki nəfərin meyiti tapılıb. Bakı şəhərinin Xəzər rayonunda dənizdə (qeyri-çimərlik ərazidə) batmış 1969-cu il təvəllüdlü Mansurov Amil Məhəmməd oğlunun və Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində dənizdə boğulmuş 1947-ci il təvəllüdlü Həsənov Nizami Əbülfət oğlunun meyitləri tapılaraq dənizdən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Eləcə də oxuyun:
Qubada dəhşətli ailə faciəsi: Ana qızını xilas etmək istədi, amma öz həyatını itirdi
Üzə bilməyib ölümə gedənlər: Yuxarı Qarabağ kanalı yenə can alır - FOTO