CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

ÜST-ün koronavirus barədə romantik planları

ÜST-də koronavirusla bağlı yeni müzakirələr bu virusun hələ çox çəkəcəyi qənaətini yaradıb. Onlar fikirləşirlər ki, virusun yeni ştammlarının adlandırılması üçün yunan əlifbasının hərfləri yetməyə bilər.
Sputnik
BAKI, 8 avqust – Sputnik. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Mariya van Kirkxove gələcəkdə, yunan əlifbasının hərfləri yetmədiyi təqdirdə, koronavirusun yeni variantlarına ulduz bürclərinin adının veriləcəyini istisna etməyib.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə o, The Telegraph-a müsahibəsində deyib.
2021-ci il iyunun 2-də ÜST qərar verib ki, COVID-19-a səbəb olan koronavirus ştammları bundan sonra yunan əlifbasının hərfləri ilə adlandırılsın.
Bunadək koronavirus ştammları "coğrafi" adlarla bilinirdi – virusun yeni versiyası hansı ölkədə geniş yayılırdısa, həmin ölkənin adı ilə da adlandırılırdı. Ancaq ÜST-də belə hesab etdilər ki, bu sistem ayrı-seçkiliyə səbəb olur və ölkələr haqqında əsassız mənfi assosiasiya yarada bilər. Elə bu səbəbdən də, SARS-CoV-2-nin "Çin mənşəli" virus adlandırılmasına son qoyulub.
Beləliklə, hazırda koronavirusun "Britaniya" ştammı "Alfa", Cənubi Afrika ştammı "Beta", "Braziliya" ştammı "Qamma", Hindistan ştammı "Delta", Cənubi Amerika ştammı isə "lyambda" adlandırılır.
“Ola bilsin ki, yunan əlifbasının hərfləri kifayət etməyəcək, biz artıq növbəti adlandırma seriyasını nəzərdən keçiririk”, - Kirkxove bildirib.
ÜST eksperti deyib ki, əgər yunan əlifbasının 24 hərfi yetməsə, qədim yunan tanrı və ilahələrinin adları nəzərdən keçirilirdi, ancaq sonra bu variantdan imtina etdilər.
“Biz, gerçəkdən də ulduz bürcləri variantının nəzərdən keçiririk. Yunan tanrı və ilahələrinin adlarının verilməsi müzakirə edilirdi, ancaq mən dedim ki, xahiş edirəm, məni bu barədə açıqlama verməyə vadar etməyin”, - ÜST-ün COVID-19 üzrə texniki rəhbəri deyib.
Eləcə də oxuyun: