VİDEO

Naftalanda ilk: Velosipedçilərin artıq öz yolu var

Müalicəvi nefti ilə dünyada məşhur olan Naftalanda ilk dəfə olaraq velosipedçilərin hərəkəti üçün 7 kilometr uzunluğunda veloyol çəkilib. Ətraflı videomuzda.
Sputnik
Naftalan kiçik şəhər olsa da, müalicəvi nefti onun şöhrətini artıraraq dünyada məhşurlaşdırıb. Sovet dönəmində bu kurort şəhərinə Rusiya və digər qonşu ölkələrdən daha çox istirahət və müalicə üçün gəlirdilər. Müasir dövrdə isə Naftalana 60-dan çox xarici ölkədən turist gəlir. Yerli sakinlərin və turistlərin burada rahat hərəkəti üçün, avtomobil yolları yenilənir, piyada səkiləri, zolaqları çəkilir.
Ölkədə ilk dəfə olaraq Naftalanda velosiped zolağı da çəkilərək şəhər sakinləri və turistlərin ixtiyarına verilib. Veloyol şəhərin müxtəlif küçələrindən keçməklə 7 kilometr uzunluğundadır. Həmin zolaqda velosipedçilər günün istənilən vaxtı təhlükəsiz şəkildə velosiped idarə edə bilirlər.
Qeyd edək ki, Naftalanda müalicə alanlar təmiz hava almaq, təbiəti seyr etmək üçün bu şəhərdə piyada və ya velosipedlə gəzməyə daha çox üstünlük verirlər. Mütəxəsislər kurort şəhərinin müalicəvi nefti ilə yanaşı, havasının da insanlar üçün xeyrli olduğunu bildirirlər.