SƏHİYYƏ

Elmar Qasımov: “150-dən çox qaziyə plastik rekonstruktiv əməliyyatlar olunub”

Səhiyyə Nazirliyinin baş oftalmoloqu Elmar Qasımov deyib ki, şikayətlərin xarakteri əsasən zədənin ağırlığından, genişliyindən, göstərilən birincili yardımdan, ötən vaxtdan asılı idi
Sputnik
“Vətən müharibəsinin birinci günündən akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin, Gəncə və Masallı filiallarının, həmçinin mərkəzin Dəmiryol Səyyar klinikasının əməkdaşları hərbi və mülki yaralıları qəbul edib, müalicə və cərrahi əməliyyatlar aparıblar”. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş oftalmoloqu Elmar Qasımov deyib.
Onun sözlərinə görə, Vətən müharibəsi iştirakçıları mərkəzə və filiallara müxtəlif şikayətlər ilə müraciət ediblər: “Şikayətlərin xarakteri əsasən zədənin ağırlığından, genişliyindən, göstərilən birincili yardımdan, ötən vaxtdan asılı idi. Bir sıra Vətən müharibəsi iştirakçılarına birincili, ya ikincili cərrahi əməliyyatlar aparılıb. 150-dən çox Vətən müharibəsi iştirakçısına İsraildən dəvət olunan mütəxəssislər ilə birgə müayinələr, plastik rekonstruktiv əməliyyatlar olunub, fərdi göz protezləri hazırlanıb. Hərbi-Həkim Komissiyası tərəfindən 100-dən çox İkinci Qarabağ müharibə iştirakçısının sağlamlıq vəziyyətlərinin qiymətləndirilməsini həyata keçirilib”.
Elmar Qasımovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz