HADİSƏ

Yola tökülən asfaltı təcili yığmalı oldular

Hadisə nəticəsində avtomobillərin hərəkətində qismən məhdudiyyət yaranıb. Asfaltın yığılmasından sonra hərəkət tez bir zamanda tam bərpa edilib.
Sputnik
BAKI, 8 avqust — Sputnik. Beyləqan rayonu ərazisində KAMAZ markalı yük avtomobili aşıb. Sputnik Azərbaycan xəbər verir ki, hadisə Mingəçevir-Bəhrəmtəpə yolunun Beyləqan rayonu ərazisindən keçən hissəsində baş verib.
KAMAZ markalı yük avtomobilinin aşması nəticəsində nəqliyyat vasitəsinin yük yerində olan asfalt yola dağılıb.
Nəticədə avtomobillərin hərəkətində qismən məhdudiyyət yaranıb. Asfaltın yığılmasından sonra hərəkət tez bir zamanda tam bərpa edilib.
Eləcə də oxuyun:
Fövqəladə Hallar Nazirliyi əməliyyat görüntüləri yayıb
Yol polisi sürücülərə səsləndi