CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda məktəb direktoru vəfat edib

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov özünün "facebook" hesabında yazıb.
Sputnik
BAKI, 8 avqust — Sputnik. Bakıda 193 nömrəli tam orta məktəbin direktoru Rəhim Hüseynov vəfat edib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov özünün "facebook" hesabında yazıb.
"Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və kollektivi paytaxtdakı 193 nömrəli tam orta məktəbin direktoru Rəhim Hüseynovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və doğmalarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!" - deyə Bəşarət Məmmədov qeyd edib.
Qeyd edək ki, bir müddət öncə Bakı şəhəri 156 nömrəli tam orta məktəbin direktoru Maqsud Heydərov dünyasını dəyişmişdi.
Eləcə də oxuyun: 
Vaksin olunmayan valideynlərin uşaqları məktəbə buraxılmayacaq? Nazirlik aydınlıq gətirdi
Dörd məktəb direktoru işdən çıxarıldı