VİDEO

Azərbaycanda Eldar şamları məhv olur: Səbəb ilgincdir

Eldar şamlarının kütləvi quruması Azərbaycanın bir çox bölgələrində problemə çevrilib, bu fenomen Bakıda da müşahidə olunur. Ağacların məhvinin səbəbi nədir? Ətraflı videomuzda.
Sputnik
Bakının Buzovna kəndində, Mərdəkanın Yesenin küçəsində, Bayılın şimal və cənub hissələrində, yalnız Azərbaycanda qorunan nadir Eldar şamlarının kütləvi quruması müşahidə olunur. Bu halı paytaxtın bir çox parklarında da müşahidə etmək mümkündür. Azərbaycan Milli Elmlər Akademiyasının işçisi İlkin Şəfiyev Sputnik Azərbaycan-a bildirib ki, Eldar şamı koronavirusun yayılmasına bənzər bir problemlə üzləşib.
Xəstəliyin səbəbi qlobal istiləşmə faktoru, həmçinin göbələklər, parazitlər və böcəklər də ola bilər. Göbələklər ağacları tez zəiflədir, bu səbəbdən ağaclar quruyur. Dağıdıcı xəstəliyin yayılmasının qarşısını almaq üçün yoluxmuş ağacların kəsilərək yandırılması və ağaclara xüsusi dərmanların səpilməsi qərarı verilib.
Mütəxəssis oxşar problemin qonşu Gürcüstanda da müşahidə edildiyini və çox güman ki, oradan Qırmızı Kitabda yer alan ağacları qurudan parazitlərin yayıldığını qeyd edib.