BAKI, 7 avqust - Sputnik. Ermənistanın Gümrü şəhərində gənc cütlüyün ölümü ilə nəticələnən partlayış baş verib.
Şirak əyalət Prokurorluğundan Sputnik Ermənistana verilən məlumata görə, hadisə ilə bağlı Ermənistan Cinayət Məcəlləsinin 110 (özünü öldürmə həddinə çatdırma) və 104-cü (adamöldürmə) maddələri ilə cinayət işi açılıb.
Şirak prokuroru Qurgen Qriqoryan bildirib ki, ölənlərin şəxsiyyəti müəyyənləşdirilib. Onlar gənc ər və arvaddır. Ölən kişi hərbçidir.
"Hazırda əməliyyat-istintaq tədbirləri görülür", - deyə prokuror bildirib.
Gümrü polisinə Alaverdiyan küçəsi,70 ünvanında partlayışla bağlı avqustun 7-si, yerli vaxtla saat 15:40-da məlumat verilib.
Hadisə yerinə gələn Şirak əyalətinini polis əməkdaşları və onların Gümrüdəki həmkarları partlayışın olduğunu müəyyən ediblər.
Hazırda hadisə yerində hərbi müstəntiqlər bu işlə məşğul olurlar.