Havanının temperaturunun rekord həddə yüksəldiyi Yunanıstanda meşə yanğınları ilə mübarizə davam edir.
Afinanın şimalında avqustun 3-də başlayan yanğınlar nəzarətdən çıxıb. Paytaxtla ölkənin şimalını bağlayan baş avtomobil yolunun ətrafında getdikcə yayılan alov əhalinin yaşadığı əraziləri təhdid edir.
Bölgədə helikopterlərdən çəkilən kadrlar yanğının miqyasının böyük olduğunu göstərir. Yanğınsöndürmə qurumunun məlumatına görə, hazırda Afinanın şimalında 856 yanğınsöndürən və 215 yanğınsöndürmə maşını xidmət göstərir. Lakin bölgədə əsən şiddətli külək yanğınla mübarizəni çətinləşdirir.
Yanğınlarda indiyə qədər elektrik dirəyinin aşması nəticəsində 38 yaşlı könüllü yanğınsöndürən və Afina yaxınlığındakı bir fabrikdə huşsuz vəziyyətdə tapılaraq xəstəxanaya aparılan Afina Ticarət və Sənaye Cəmiyyətinin sədri Konstantinos Mixalos həlak olub.
Sputnik Azərbaycan Yunanıstanda yanğın bölgəsindən çəkilmiş fotoları təqdim edir.