SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Politoloq: “Makronun dövründə Azərbaycan-Fransa münasibətləri düzəlməyəcək”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyir ki, Makron Azərbaycanın Qarabağ üzərindəki nəzarətini və Türkiyə ilə hərbi-siyasi ittifaqını qəbul etmək istəmir
Sputnik
Avqustun 5-də Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Sputnik Azərbaycan-a deyir ki, Makron uzun müddətdir ermənipərəst mövqedən çıxış edir: “Biz bunu müharibədən əvvəlki və sonrakı dövrdə onun verdiyi açıqlamalarda görmüşük. Hiss olunur ki, Makron ATƏT-in Minsk qrupunun həmsədrlik institutunu canlandırmaq istəyir, bu isə bizim maraqlara cavab vermir. Mənim fikrimcə, Makronun dövründə Azərbaycan-Fransa münasibətləri düzəlməyəcək. Makron Azərbaycanın Qarabağ üzərindəki nəzarətini və Türkiyə ilə hərbi-siyasi ittifaqını qəbul etmək istəmir. Digər tərəfdən Rusiya da Fransanın bölgədə fəallaşmasını istəmir”.
Elxan Şahinoğlunun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz