VİDEO

Latviyada qraffiti-rəssam adi bir binanı sənət obyektinə çevirib

Latviyanın Liepaya şəhərində dünyaca məhşur italyan qraffiti rəssamı OZMO şəhər binalarından birinin divarında yeni mücərrəd rəsm əsəri yaradıb. Müəllifin yaradıcılığı ictimaiyyətin böyük diqqətini cəlb edib.
Sputnik
OZMO "Liepaya küçələrində küçə sənəti portretləri" layihəsi çərçivəsində yeni qraffiti yaradıb. Rəsm küləyin, dənizin və şəhərin simvolik təsviridir.
Dünya incəsənətinin məşhur əsərlərinə və mifoloji obrazlara istinad edən müəllif öz marka üslubunu dəyişməyib.
Rəssam əsərlərini "bir növ vizual təcrübə" adlandırır və "hər bir insanın gördüklərinin təfsiri üçün" daha çox yer buraxmağa çalışır.
Təşkilatçıların məlumatına görə, payızın sonuna qədər bu layihə çərçivəsində daha iki latviyalı rəssam Liepaya küçələrində bir neçə irimiqyaslı əsərlər yaradacaqlar.