“İran nüvə silahı istehsal etmək niyyətində deyil, belə bir silah müdafiə strategiyamızda nəzərdə tutulmayıb”. Bunu İran Prezidenti İbrahim Rəisi andiçmə mərasimi zamanı bildirib.
Orta Doğu araşdırmalar mərkəzinin rəhbəri Sədrəddin Soltan Sputnik Azərbaycan-a deyir ki, İranda prezident dəyişikliyinə baxmayaraq bu ölkə hakimiyyətinin vahid siyasəti var: “Məhəmməd Xatəminin prezidentliyindən bu yana bu siyasət digər prezidentlərə ötürülüb. Bayden ABŞ-da prezident olduqdan sonra Vyanada keçirilən görüşdə tərəflər bir çox məsələləri həll etdiklərini bəyan etmişdilər. O baxımdan İbrahim Rəisi və ya digər bir şəxsin prezident olmasının məsələyə aidiyyatı yoxdur. İran hakimiyyəti bu istiqamətdə fəaliyyətini davam etdirməkdədir. Hadisələrin gedişi ali rəhbərin və onun ali rəhbərlik institutunun verəcəyi komandadan asılı olacaq. O komanda hansı hansı siyasəti yürütmək istəsə, İbrahim Rəisi də onu davam etdirəcək”.
Sədrəddin Soltanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz