İQTİSADİYYAT

Hüquqşünas: “Bizdə uçot dərəcəsi bankların əmanət faizindən xeyli aşağıdır”

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Əkrəm Həsənov deyib ki, adətən sağlam bank sistemlərində bu belə olmur
Sputnik
“Mərkəzi Bankın uçot dərəcəsi formal bir şeydir”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Əkrəm Həsənov deyib.
Hüquqşünas bildirib ki, uçot dərəcəsi iqtisadiyyata demək olar ki təsir etmir: “Bu o zaman effektiv olur ki, Mərkəzi Bankdan verilən krediti bütün kredit təşkilatları bərabərhüquqlu şəkildə götürə bilsinlər. Digər tərəfdən bizdə uçot dərəcəsi bankların əmanət faizindən xeyli aşağıdır. Adətən sağlam bank sistemlərində bu belə olmur. Biz həm də uçot dərəcəsinin bazardakı kredit faizlərinə təsir etməməsini görürük”
Əkrəm Həsənovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz