Bu gün Ağdamın “Qarabağ” klubu UEFA Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində Kiprdə AEL-ə qarşı ilk oyununu keçirəcək.
İdman şərhçisi Sənan Şəfizadə Sputnik Azərbaycan-a oyun öncəsi komandaların şanslarını açıqlayıb. O bildirib ki, bu oyun komandamız üçün çətin olacaq: ““Qarabağ”ın əsas oyunçuları zədə və digər səbəblərdən bu oyunda iştirak edə bilməyəcək. Bu vacib məqamdır, çünki komanda ehtiyat oyunçular sarıdan zəngin deyil. Amma bununla belə “Qarabağ”ın səfər komandası olmasını unutmaq olmaz. Bu oyunda “Qarabağ” üçün ən sərfəli nəticə qol vurub, qol buraxmamaq olar. Bu halda Bakıda növbəti mərhələyə çıxmaq üçün layiqli oyun izləyəcəyik”.
Sənan Şəfizadənin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz