BAKI, 4 avqust - Sputnik. “Rossotrudniçestvo” federal agentliyi avqustun 4-də 2022-2023-cü tədris ilində əcnəbilərin Rusiya universitetlərində təhsil almaqsı üçün növbəti seçimin başladığını elan edib.
Yeni qəbul sentyabrın 1-də start götürür və bir sıra islahatlarla zəngindir – kvota yerlərinin artırılmasından yeni proqramların inkişafınadək. Bu proqramların çərçivəsində Rusiya universitetlərindən birində pulsuz oxumaq mümkün olacaq. “Rossotrudniçestvo”nun yeni kampaniyasının bütün təfərrüatları Sputnik-in icmalında.
MDB – birinci növbədə
“Rossotrudniçestvo” agentliyi stabil olaraq əcnəbilər üçün Rusiya universitetlərində kvota çərçivəsində büdcə yerlərinin sayını artırır. Əgər ötən tədris ilində agentlik kvota üzrə 15 min əcnəbi abituriyenti qəbul etdirmişdisə, bu il Rusiya universitetlərinə kvota üzrə dünyanın 175 ölkəsindən artıq 18 min şəxs qəbul olunub.
2022-2023-cü tədris ilində kvotaların həcmi 23 min yerədək artacaq. MDB ölkələri agentlik üçün yenə də prioritet təşkil edirlər. Bu “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakovun fikridir.
“Birinci növbədə bizi əlbəttə ki, yaxın xaric məkanı maraqlandırır”, - Primakov bəyan edir. O qeyd edir ki, bu il 80 min müraciətin 30%-i MDB ölkələrindən edilib.
Agentlik rəhbərinin sözlərinə görə, seçmə tədbirlərində ən fəal Tacikistan olub. Bu ölkədən 5 mindən artıq müraciət daxil olub. Müraciətlərə görə ilk onluğa Özbəkistan (3 min), Qazaxıstan (2 min), həmçinin Qırğızıstan və Türkmənistan (2 mindən bir qədər az) daxildirlər.
Yaxın xaric ölkələrindən olan abituriyentlər əsasən bakalavriat proqramlarına qəbul olunurlar. Məsələn, dünənki tacikistanlı şagirdlər tibb, iqtisadiyyat və informatikanı seçirlər. Qazaxıstanlılar da kompüter texnologiyalarına üstünlük verirlər, lakin həm də dillərlə və pedaqogika ilə maraqlanırlar. Özbəkistanlı abituriyentlər isə əsasən sənədlərini tibb, geologiya və neft-qaz işi fakültələrinə verirlər.
Rəqəmlərə keçmək
“Yeni qəbul kampaniyası noyabrın 1-dək çəkəcək. Əcnəbi abituriyentlər müraciətlərini onlayn şəkildə “Rusiya Federasiyasında əcnəbilər üçün təhsil” portalında edə bilərlər”, - Yevgeni Primakov bildirir.
“Bu il portal test rejimində işləyir. İnanırıq ki, artıq növbəti ildə o, sənaye fəaliyyətinə çıxacaq. İndi portalda müraciət etmək, birinci seçmə mərhələsində nəzərdə tutulmuş və Rusiya səfirlikləri və xaricdəki nümayəndəlikləri tərəfindən həyata keçirilən bütün zəruri seçim prosedurlarından keçmək olar”, - “Rossotrudniçestvo”nun rəhbəri deyir.
Yevgeni Primakovun sözlərinə görə, müraciətin onlayn formatı əcnəbilərin qəbulunu “müxtəlif korrupsion riskləri istisna edərək daha şəffaf və aydın edir”.
Saytda müraciətin tərtib edilməsi alqoritmi həqiqətən də sadədir: abituriyentə anketi doldurmaq və sənədlər paketini ona əlavə etmək, həmçinin şəxsi nailiyyətlər barədə məlumatları təqdim etmək təklif olunur. Çoxlu müraciətlərin gəldiyi ölkələrdən olan insanların testi də onlayndır. Yeni qaydalara əsasən seçimin iştirakçısı sınaqdan məsafədən, kompüterin köməyilə keçir. Test verən zaman xüsusi komissiyanın nümayəndəsi kamera vasitəsilə onu müşahidə edir.
Testlər rus dilində keçirilir, bu il artıq Azərbaycan, Türkmənistan, Qazaxıstan Ukrayna, Ermənistan, Belarus və digər yerlərdən olan 8 min abituriyent onları verib. Yevgeni Primakovun fikrincə, yeni sınaq formatı pandemiya dövründə xüsusən effektiv olub, çünki nəqliyyatın hərəkəti bütün dünya üzrə məhdudlaşdırılmışdı və bir çox abituriyentlər əyani teslərə gələ bilməzdilər.
Yalnız kvota ilə deyil
“Rossotrudniçestvo”nun təklif etdiyi daha bir yenilik qrantların tətbiq edilməsidir. Agentlik rəhbərinin müavini Pavel Şevtsovun sözlərinə görə, hazırda ideya rəsmilər tərəfindən baxılır.
“Kvota pulsuz təhsil almaq üçün yerdir, qrant isə yalnız təhsili deyil, həmçinin uçuşu və təqaüdü təmin edir. Belə model əsasən qrant təklif edən Qərbin və Çinin təhsil proqramları ilə rəqabətdə vəziyyəti bərabərləşdirərdi. Ona görə də tam sosial paket lazımdır” – o izah edir.
MDB vətəndaşları üçün Rusiya artıq indi pulsuz təhsil almaq imkanları təklif edir.
“Uzaq xaricin ölkələrinin vətəndaşlarından fərqli olaraq, MDB-dən olan uşaqlar universitetlərin özlərinin keçirdikləri ayrıca qəbul, həmçinin olimpiadalar vasitəsilə pulsuz yerlərə qəbul oluna bilərlər. Olimpiadalar istedadlı gənclərin müəyyən olunması üçün effektiv üsuldur. Ən parlaqların biri “Open doors: Russian Scholarship Project” magistratura abituriyentləri üçün beynəlxalq olimpiadadır”- Şevtsov deyir.
Olimpiadada adətən 30 yaşından yuxarı əcnəbilər iştirak edirlər və “Rossotrudniçestvo” ilə olan haldakı kimi iştirak üçün müraciətlərin çoxu MDB vətəndaşlarından daxil olur, Bunu isə layihənin kuratoru İrina Karelina bildirir.
“Olimpiadanın qaliblərinin 15%-i MDB ölkələrinin nümayəndələridir. Yaxın xaricdən olan məzunların təhsil qrantı almaq şansları daha çoxdur, çünki bizim təhsil sistemlərimiz oxşardır, həm də MDB-dən olan iştirakçılar rus dilini yaxşı bilirlər. Ən fəal ölkələr Özbəkistan və Qazaxıstandır, ən çox bəyənilən magistratura proqramları isə biznes, siyasi elmlər, filologiya və mühəndislikdir. Sorğuların nəticələrinə əsasən, MDB-dən olan iştirakçılar Rusiya təhsilinin keyfiyyətinə və ölkədə yaşamağın rahatlığına görə Rusiyada oxumaq istəyirlər”, - Karelina qeyd edir.
Həmçinin oxuyun: