BAKI, 3 avqust — Sputnik. Lənkəranda mürəkkəb relyefli dağlıq ərazidə meşə zolağında baş verən yanğın söndürülüb.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Gülçin Mehdiyeva məlumat verib.
Məlumata görə, Lənkəran rayonunun Moloja kəndi yaxınlığında meşə zolağında baş verən yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşlarının operativ müdaxiləsi nəticəsində söndürülüb.
03.08.2021
Azərbaycanın cənubunda ikinci yanğın ocağı
Lənkəran rayonunun Osaküçə meşəbəyliyinin ərazisində, Hirkan Milli Parkı ilə sərhəddə yanğın başlayıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional qurumlarının, Fövqəladə Hallar Nazirliyinin Regional Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğının söndürülməsi və digər ərazilərə keçməsinin qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlər görülür.
---------
17:52
Yardımlı rayonu, Honuba kəndi yaxınlığında dağlıq ərazidə meşə zolağında yanğın davam edir. Sputnik Azərbaycan-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, yanğının söndürülməsi və geniş əraziyə yayılmasının qarşısını almaq məqsədi ilə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin, Mülki Müdafiə Qoşularının və Cənub Regional Mərkəzinin ümumilikdə 130 nəfər şəxsi heyəti, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və yerli sakinlər mürəkkəb dağ relyefi şəraitində (yanğının söndürülməsində əsasən əl əməyindən istifadə olunur) yanğınsöndürmə işlərini həyata keçirirlər.
Bu gün səhər saatlarından etibarən FHN-in Aviasiya dəstəsinin 1 ədəd helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.
Əlavə məlumat veriləcək.
--------
12:29
Yardımlı rayonunun Honuba kəndi yaxınlığında dağlıq ərazidə meşə zolağında yanğın davam edir. Fövqəladə hallar nazirliyindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, uanğının söndürülməsi və geniş əraziyə yayılmasının qarşısınının alınbmasına Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin, Mülki Müdafiə Qoşularının və Cənub Regional Mərkəzinin ümumilikdə 130 nəfər şəxsi heyəti və FHN-in Aviasiya dəstəsinin 1 ədəd helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.
Bundan əlavə, mürəkkəb dağ relyefi şəraitində həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və yerli sakinlər (yanğının söndürülməsində əsasən əl əməyindən istifadə olunur) də yanğınsöndürmə işlərini həyata keçirirlər.
Eləcə də oxuyun:
Azərbaycanda da meşə yanğınları başlayıb
Firuddin Əliyev: “Yanğınların 90 faizi antropogen təsirlər nəticəsində yaranır”
Türkiyədəki meşə yanğınlarının Azərbaycanda da təkrarlanmaması üçün nə etməli
FHN-in yanğınsöndürmə qüvvələri qardaş ölkədə fədakarlığı davam etdirir