BAKI, 4 avqust — Sputnik. Azərbaycan Ordusuna məxsus pilotsuz uçuş aparatının guya Ermənistan ərazisinə keçməsinin qarşısını alınması barədə yayılan məlumat qarşı tərəfin növbəti yalanıdır və dezinformasiya xarakteri daşıyır.
Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən bildirilib. MN-in məlumatında qeyd olunub ki, həmin istiqamətdə pilotsuz uçuş aparatları havaya qaldırılmayıb və istifadə olunmayıb:
"Belə məlumatlar yaymaqla Ermənistan tərəfi mövqelərimizi atəşə tutmaq kimi təxribatlarını ört-basdır etməyə və ictimaiyyəti aldatmağa çalışır. Hazırda bu istiqamətdə əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır".
Qeyd edək ki, iyulun 30-da da Azərbaycan Ordusuna məxsus iki ədəd pilotsuz uçuş aparatının guya Basarkeçər üzərində vurulması barədə Ermənistan tərəfinin məlumatı yayılmışdı. MN həmin məlumatın yalan olduğunu açıqladı. Müdafiə Nazirliyindən bildirildi ki, bu, qarşı tərəfin növbəti dezinformasiyasıdır.
Həmçinin oxuyun: