İQTİSADİYYAT

Bank sektorunun şəffaflıq problemi nədən xəbər verir? – iqtisadçı şərhi

İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, bankların verdiyi məlumatların böyük əksəriyyəti reallığı əks etdirməyib
Sputnik
"S&P Global Ratings" ("S&P") reytinq agentliyi Azərbaycanın bank sektorunun yeni qiymətəndirməsini aparıb və "Banking Industry Country Risk Assessment" (BICRA) sisteminə görə ölkənin bank sistemini "9" qrupunda qərarlaşdırıb.
İqtisadçı ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a deyir ki, son 5-6 ilin nəticələrinə baxdıqda bank sektorunda olan aktorların 20 faizinin bazardan kənarlaşdığını görürük: “2015-ci ilə qədər olan dövrdə bank sektorunda aqressiv kreditləşmə qabarıq şəkildə özünü büruzə verirdi. Sonradan baş verən proseslər göstərdi ki, bank sektoru üzərində nəzarət çox zəif təşkil edilib. Bankların verdiyi məlumatların böyük əksəriyyəti reallığı əks etdirməyib. Bu gün bank sektorunda şəffaflıqla bağlı risklər qalmaqdadır. Görünən odur ki, bəzi banklarda çox cidi likvidlik problemi yaşanır”.
Rəşad Həsənovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz