BAKI, 3 avqust - Sputnik. Pentaqonun polis rəisi brifinq keçirərək səhərçağı edilən hücumun detallarını açıqlayıb.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, onun sözlərinə görə, hadisə yerli vaxtla 10 radələrində baş verib və Pentaqonun polis zabitinə hücum edilib.
Vurğulanıb ki, hadisəni Federal Təhqiqatlar Bürosu araşdırır.
"İnsidentin davam edəcəyi barədə narahatlığa gərək yoxdur", - polis rəisi əlavə edib.
Şübhəlilərin şəxsiyyəti və sayı barədə sual isə cavabsız qalıb: "Aktiv araşdırma aparılır, detalları tamamilə açıqlaya bilmərəm".
Qeyd edək ki, Pentaqon kompleksindəki avtobus dayanacağında atışmadan sonra binanı bağlayaraq oradan insanların çıxmasına icazə verilməyib. Bəzi KİV-lər polis zabitinin həlak olduğunu yazsa da, bu, rəsmən təsdiq edilməyib.
Yerli KİV atışma nəticəsində üç nəfətrin də yaralandığını yazıb.
Vəziyyət normallaşdıqdan sonra yollar açılsa da, yaxınlıqdakı metro stansiyasının girişi bağlı saxlanır.