BAKI, 3 avqust — Sputnik. COVID-19 keçirdikdən sonra ilk iki həftə ərzində təhlükəli ürək-damar xəstəliklərinin inkişafı riski xeyli artır. The Lancet jurnalı İsveçin Umeo Universitetinin alimlərinə istnadən bu məlumatı yazıb.
Alimlər kəskin miokard infarktı və işemik insult yaranması tezliyini COVID-19 keçirənlərlə yoluxmamış insanlar arasında müqayisə ediblər. İsveç alimləri müəyyən ediblər ki, COVID-19 bu xəstəliklərin inkişafı riskini təxminən üç dəfə artırır. Bu nisbət yaş, cins və sosial-iqtisadi amllərə baxmayaraq, dəyişməyib.
Tədqiqatda 86 742 pasiyent iştirak edib. Bu, müvafiq istiqamətdə ən böyük tədqiqatdır.
ÜST-ün məlumatına əsasən, hər il ürək-damar xəstəliklərindən 17 milyondan artıq insan ölür. Mütəxəssislər hesab edir ki, erkən infarkt və insultların təxminən 80%-nin qarşısını almaq olar.
Koronavirus bəlası
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin fevralında 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, 2020-ci ilin martın 11-də isə koronavirusu pandemiya elan edib.
Azərbaycanda koronavirusa qarşı vaksinasiya
Ölkəmizdə hazırda koronavirus infeksiyasına qarşı 4 peyvənd tətbiq olunur. Bunlar "CoronaVac", "Vaxzevria", "Sputnik V", "Pfizer" vaksinləridir. Vətəndaşlar peyvənd olunmaq üçün ilk növbədə randevu.its.gov.az saytından qeydiyyatdan keçərək növbə götürməlidirlər.
Həmçinin oxuyun: