CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Firuddin Əliyev: “Yanğınların 90 faizi antropogen təsirlər nəticəsində yaranır”

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib ki, xüsusi mühafizə olunan təbiət ərazilərinə yaxın yerlərdəki təsərrüfat sahələrinin biçindən sonra şüurlu şəkildə yandırılması ilə insanlar təmizliyə nail olduqlarını hesab edirlər
Sputnik
“Yanğın hadisəsi təbii üsulla da baş verə bilər. Ancaq araşdırmalar göstərir ki, baş verən yanğınların 90 faizi antropogen təsirlər nəticəsində yaranır”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib.
O bildirib ki, bəzi hallarda vətəndaşaların diqqətsizliyi və məsuliyyətsiz davranışları yanğınların baş verməsinə səbəb olur: “Xüsusi mühafizə olunan təbiət ərazilərinə yaxın yerlərdəki təsərrüfat sahələrinin biçindən sonra şüurlu şəkildə yandırılması ilə insanlar təmizliyə nail olduqlarını hesab edirlər. Bu da həmin odun külək vasitəsilə meşəlik ərazilərə yayılmasına gətirib çıxarır. Biz bununla bağlı olaraq FHN ilə birgə tədbirlər həyata keçiririk. Real təlim prosesləri əsasında proseslərin ardıcıl olaraq yerinə yetirilməsi qiymətləndirilir. Eyni zamanda əməkdaşların müxtəlif avadanlıqlardan istifadə qabiliyyəti təkmilləşdirilir”.
Firuddin Əliyevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz