Sabiq prezidenti qızıl yatağına görə sorğu-suala çəkirlər

Əsgər Akayev "Kumtor" yatağının istismarı üzrə işlər zamanı korrupsiya faktlarına görə ifadə verməsi üçün hava limanından birbaşa Dövlət Milli Təhlükəsizlik Komitəsinə aparılıb.
Sputnik
BAKI, 2 avqust — Sputnik. Qırğızıstanın keçmiş prezidenti Əsgər Akayev Dövlət Milli Təhlükəsizlik Komitəsi tərəfindən Bişkekə gətirilib və hazırda ifadə verir. Bu barədə Sputnik Qırğızıstan məlumat verir.
Daha öncə Qrığızıstan rəsmiləri Akayevi Kumtor şaxtasında iş üzrə "xəyanətkar" saziş imzalamaqda günahlandırıblar. Digər keçmiş yüksək vəzifəli şəxslərlə birlikdə eks-dövlət başçısı 1992-ci ildə "Kumtor" layihəsinə dair Baş saziş imzalanarkən, 1994-cü ildə ona əlavələr edilərkən, həmçinin 2003-cü ildə "Kameko" şirkəti ilə müqavilənin yenilənməsi zamanı korrupsiya faktları üzrə cinayət məsuliyyətinə cəlb olunub.
Onun barəsində rəsmi axtarış elan olunmuşdi.
Əsgər Akayev Qırğızıstan Respublikasının birinci prezidentidir. O, bu vəzifədə 1991-ci ilin avqustundan 2005-ci ilin aprelinədək fəaliyyət göstərib.
2005-ci ildə ölkədə baş vermiş "zanbaq inqilabı"ndan sonra ölkəsini tərk edərək Moskvaya köçüb və heç vaxt Qırğızıstana qayıtmayıb.