RUSİYA

Rusiyada oyun zamanı stadionda diri ilan aşkarlandı

Mübahisəli epizoda VAR vasitəsilə baxış zamanı stadion əməkdaşları ilanı yaba ilə meydandan çıxarıblar.
Sputnik
BAKI, 2 avqust - Sputnik. Futbol üzrə Rusiya Premyer Liqasında II turun "Axmat" - "Soçi" matçında meydanda diri ilan aşkarlanıb.
Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bu hal oyunun ilk yarısının əvvəllərində yaşanıb.
Mübahisəli epizoda VAR vasitəsilə baxış zamanı stadion əməkdaşları ilanı yaba ilə meydandan çıxarıblar. Oyun isə 3 dəqiqəyədək dayandırılıb.
Qeyd edək ki, Qroznıdakı "Axmat Arena"da keçirilən görüşün ilk yarısından sonra "Soçi" öndədir - 1:0.