MƏDƏNİYYƏT

Kinorejissor: “Kino sənayesinin inkişafı üçün şərait münbitdir”

Kinorejissor Elxan Cəfərov deyir ki, kino təkcə əyləncə deyil, həm də tərbiyəedici və ideoloji bir faktor kimi qəbul ediləcək
Sputnik
Avqustun 2-də Azərbaycanda Milli Kino Günü qeyd olunur.
Sputnik Azərbaycan kinomuzun vəziyyəti ilə bağlı kinorejissor Elxan Cəfərovun fikirlərin öyrənib.
O bildirib ki, Azərbaycan kinosunun hər hansı bir mərhələyə gəlib çatması üçün hazırda proseslər gedir: “Bu proseslər vaxt aparır və təcrübə tələb edir. Çalışırıq ki, Azərbaycanda həm yayım, həm istehsalat, həm kinonun media və ictimaiyyətlə əlaqələndirmə sistemi dünya standartlarına uyğunlaşdırılsın. Bu gün kino sənayesinin inkişafı üçün şərait daha münbitdir. Ümid edirik ki, gələcəkdə cəmiyyətimizin Azərbaycan kinosuna münasibəti daha ciddi olacaq. Kino təkcə əyləncə deyil, həm də tərbiyəedici və ideoloji bir faktor kimi qəbul ediləcək”.
Elxan Cəfərovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz