Rusiyanın "ROSEKSİMBANK" Səhmdar Cəmiyyəti Azərbaycanda Rusiya bazarı iştirakçılarının rəqabətqabiliyyətli və səmərəli təkliflərinin təqdim olunmasına kömək edəcək. Sputnik Azərbaycan xəbər verir ki, bunu Trend-ə şirkətin İdarə heyətinin sədri Azər Talıbov deyib.
Onun sözlərinə görə, “ROSEKSİMBANK” Azərbaycan ərazisində bir sıra investisya layihələrinin reallaşdırılmasında iştirak edir: “Şirkətin Azərbaycan ərazisində maraq dairəsinə ilk növbədə dəmiryol və avtomobil infrastrukturunun tikintisi, istehsl güclərinin yaradılması və tikinti materiallarının tədarükü sferalarında layihələr daxildir. Nəzərə alsaq ki, Azərbaycan azad edilmiş ərazilərə böyük investisiyalar qoyur, eləcə də bu istiqamətdə ciddi layihələr üzərində işləyir, o zaman biz Rusiya şirkətlərinin işi üçün kifayət qədər böyük potensial görürük. Ümumilikdə, biz Azərbaycanın stabil beynəlxalq reytinqə malik ölkə kimi investisiya cəlbediciliyini müsbət qiymətləndiririk”.
Azər Talıbovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz