FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Ötən həftə planetimizdə baş verənlərlə bağlı ən parlaq fotolar

Ötən həftənin ən əhəmiyyətli hadisələri dünya agentliklərinin fotomüxbirləri tərəfindən lentə alınıb. Sputnik Azərbaycan-ın kolleksiyasındakı parlaq kadrlara baxın.
Sputnik
Keçən həftə Kaliforniya və İspaniyada olduğu kimi Türkiyədə də baş verən yanğınlar bütün dünyanın diqqət mərkəzində olub. Eyni zamanda başqa yerlərdə də insanlar qorxunc təbiət hadisələrini, yağışlar nəticəsində yaranmış xoşagəlməz halları yaşamalı olublar.
Bundan əlavə, dünyanın gündəmində bir də Tokio Olimpiadası var. 
Bir çox ölkələrdə baş verən müxtəlif hadisələr fotoqrafların obyektivinə tuş gəlib. Məsələn, Nyu Yorkdakı Bodypainting Günü, Kolumbiyada bir moda nümayişi və Hindistanda dini mərasim. Bununla yanaşı dünya əhalisinin gündəlik həyatı da az diqqətəlayiq olmayıb.  
Ötən həftə dünyanın necə yaşadığını bir daha xatırlamaq üçün sizi planetimizin müxtəlif yerlərindən toplanan fotoşəkillərə baxmağa dəvət edirik.
Dünya xəbər agentliklərinin fotojurnalistləri tərəfindən çəkilən yaddaqalan hadisələr və emosional anlar Sputnik Azərbaycan-ın həftəlik fotokolleksiyasında.
 
 
1 / 21
Nyu-Yorkda “Body Art” Gününün qeyd olunması, ABŞ.
2 / 21
Modellər dəfilə zamanı, Kolumbiya.
3 / 21
Kataloniyada meşə yanğını, İspaniya.
4 / 21
Avstraliya təmsilçisi Loqan Martin Tokio Yay Olimpiya Oyunlarında BMX Freestyle üzrə məşqlərdə.
5 / 21
Manavqatdakı meşə yanğınlarının nəticələri, Antalya, Türkiyə.
6 / 21
2020 Yay Olimpiya Oyunlarında kişilər arasında sörfinq yarışının dörddəbir finalında yaponiyalı Hiroto Ohara dalğa altında qalır.
7 / 21
Çində “Infa” tayfunu nəticəsində su altında qalan hotel.
8 / 21
Festival qonağı Mayami Qardensdəki Hard Rok stadionunda Rollinq Loudu ziyarət edib, Florida, ABŞ.
9 / 21
İsrailli hərbçi qadın Qərb sahilində etiraz aksiyası zamanı jurnalistin üzərinə balondan qaz püskürdür.
10 / 21
Gənc adam təkər yüklü ulaqların böyrüncə velosiped sürür, Kabil, Əfqanıstan.
11 / 21
Güclü yağışlardan sonra su altında qalan rohincaların qaçqın düşərgəsində qaçqın kişi övladı ilə, Kutupalonq, Banqladeş.
12 / 21
Şitala Mata tanrıçasının Cammudakı məbədində zəvvarlar ayin icra edərkən, Hindistan.
13 / 21
İnsanlar qızmar havada Şimali Makedoniyadakı Treska çayında çimərək sərinləyirlər.
14 / 21
Romada “Green Pass” planına qarşı etiraz edən insanlar polislərin quraşdırdığı maneələri yıxırlar, İtaliya.
15 / 21
İşçi Kamal Pokxari gölünü yosunlardan təmizləyir, Katmandu, Nepal.
16 / 21
Torontoda Van Qoq sərgisinin reklam kampaniyası çərçivəsində hava şarı, Ontario, Kanada.
17 / 21
Londondakı Madam Tüsso muzeyində “Little Mix” sərgisinin açılışında rəssam mum fiqurlardan birini retuş edir.
18 / 21
Yerli ifaçı və rəqqasələr Fransa Prezidenti Emmanuel Makronun səfəri şərəfinə təşkil olunmuş mədəni şouda iştirak ediblər, Fransa Polineziyası.
19 / 21
Sağdan-sola: Tokiodakı XXXII Yay Olimpiya Oyunlarında çimərlik voleybolu yarışı zamanı Rusiya milli çimərlik voleybol komandasının üzvləri (ROK-un komandası) Svetlana Xolomina və Nadejda Makroquzova Marta Meneqatti və Viktoriya Orsi Tota (İtaliya) qarşı.
20 / 21
Kimyəvi maddələr səbəbindən çəhrayı rəngə boyanan göl, Çubut əyaləti, Pataqoniya, Argentina.
21 / 21
“Rusiya İslam Aləmi: KazanSummit” XII beynəlxalq iqtisadi sammiti çərçivəsində “Modest Fashion Day”-də dizaynerlərin kolleksiyasının nümayişi.