VİDEO

Yakutiyada ayı öz balaları ilə sürücülərdən yemək dilənir

Rusiyanın Amur vilayətində maraqlı kadrlar çəkilib. Belə ki, ayı öz balaları ilə yola çıxaraq oradan keçən sürücülərdən yemək dilənir.Ətraflı videomuzda.
Sputnik

Kadrlardan yırtıcının öz balaları ilə cəsarətlə avtomobillərə yaxınlaşaraq arxa pəncələrə üzərinə qalxıb yemək istədiyi görünür.

Sürücülərdən bəziləri sınalı basaraq yırtıcıları qorxutmaq istəyirlər.

Mütəxəssislər vəhşi heyvanları yedirməməyə çağırırlar. Əks halda, ayılar yolda uzun müddətə məskən salacaqlar və zamanla aqressivləşərək insanlar üçün təhlükəli olacaqlar.

Yeri gəlmişkən, ayıların belə davranışının səbəbi isti yay ucbatından yaranmış qida azlığı ola bilər.