CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ekspert: “Tələbə krediti ali təhsilin əlçatanlığına xidmət edəcək”

Təhsil eksperti Kamran Əsədov deyir ki, son on ildə minlərlə tələbə təhsil haqqını ödəyə bilməməyə görə, ali təhsilini yarımçıq saxlayıb
Sputnik

Tələbə Təhsil Kreditlərinin (TTK) iki növü olacaq. Bu, Nazirlər Kabinetinin təsadiqlədiyi “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi qaydası”nda əksini tapıb.

Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a deyir ki, son on ildə minlərlə tələbə təhsil haqqını ödəyə bilməməyə görə, ali təhsilini yarımçıq saxlayıb: “Bu tələbə krediti də məhz ali təhsilin əlçatanlığına xidmət edəcək. Tələbə Təhsil Kreditləri iki formatdadır. Amma bu kredit sisteminin çatışmazlıqları da var. Hesab edirəm ki, müvəffəqiyyət göstəriciləri nəzərə alınmadan bu kreditlər hər bir təlkəbəyə şamil edilməlidir. Ümumiyyətlə Azərbaycan dünyada təhsilin əlçatanlığına görə ilk sıralardadır”.

Kamran Əsədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz