CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı metrosunda problem aradan qaldırıldı

Problemə səbəb kimi "Nizami"-"İnşaatçılar" sahəsində metropolitenə gələn xətlərdə elektrik enerjisinin verilməsində qısamüddətli gərginliyin düşməsi göstərilir.
Sputnik

BAKI, 30 iyul - Sputnik. Metropolitenin bütün xətlərində qatarların hərəkəti hərəkət cədvəlinə uyğun olaraq tam təmin olunub.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib.

--------

09:52

Bakı metropolitenində problem yaranıb.

Sputnik Azərbaycan bildirir ki, bir neçə stansiyada qatarların gecikməsi qeydə alınır. Məsələn, "Azadlıq prospekti" stansiyasında on dəqiqədən artıqdır ki, qatar yoxdur. "Həzi Aslanov" - "Dərnəgül" xəttində, xüsusilə "Ulduz" və "Nərimanov" stansiyalarında qatarlar 3-4 dəqiqə tuneldə dayanıblar. Eləcə də "Cəfər Cabbarlı" - "Şah İsmayıl Xətai" stansiyaları arasında da bir qatar tuneldə qalıb. 

Problemə səbəb kimi "Nizami"-"İnşaatçılar" sahəsində metropolitenə gələn xətlərdə elektrik enerjisinin verilməsində qısamüddətli gərginliyin düşməsi göstərilir.