Ağdamın Şuraabad kəndi bu gün necə görünür

Azərbaycan Müdafiə Nazirliyi işğaldan azad olunan Ağdam rayonunun Şuraabad kəndindən çəkilmiş ən son görüntüləri ictimaiyyətə təqdim edib.
Sputnik

BAKI, 30 iyul — Sputnik. Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın işğalından azad olunan Ağdam rayonunun Şuraabad kəndindən videogörüntülər yayıb.

Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir.

Şuraabad — Azərbaycan Respublikasının Ağdam rayonunun Nəmirli kənd inzibati ərazi dairəsində kənddir. Kənd ötən əsrin 90-cı illərində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdu. Şuraabad kəndi 20 noyabr 2020-ci il tarixində işğaldan azad edilib.