Kreml Paşinyanın sərhədə Rusiya hərbçilərini yerləşdirmək təklifinə reaksiya verdi

Nikol Paşinyan deyib ki, Yerevan bu mövzunu Rusiyadan olan həmkarlarla müzakirə etməyi planlaşdırır.
Sputnik

BAKI, 29 iyul — Sputnik. Rusiya Yerevan və Bakı ilə, o cümlədən üçtərəfli razılaşmaların yerinə yetirilməsi ilə bağlı əlaqələri davam etdirir.

Sputnik Azərbaycan xəbər verir ki, belə bir açıqlama ilə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov çıxış edib.

"Dünən Ermənistan-Azərbaycan sərhəddində vəziyyət kəskinləşib. Bilirsiniz ki, Rusiya nümayəndələri atəşkəs rejiminin bərpası üçün xeyli səy göstəriblər. Bu istiqamətdə iş davam etdirilir, Rusiya Yerevan və Bakı ilə ikitərəfli razılaşmaların tam həcmdə yerinə yetirilməsi üçün əlaqələri davam etdirir", - deyə o, bildirib.

Bir müddət əvvəl Ermənistan baş nazirinin vəzifəsini icra edən Nikol Paşinyan Rusiya sərhədçilərinin dayaq məntəqələrini Azərbaycanla bütün sərhəd boyunca yerləşdirilməsini təklif edib. Paşinyanın xahişini yerinə yetirməyə hazır olub-olmamaqla bağlı sualın cavabında Rusiya prezidentinin mətbuat katibi belə deyib:

"Yerevanla əlaqələr davam edir, başqa heç nə deyə bilmərəm".

Paşinyan Azərbaycanla bütün sərhədə Rusiya sərhədçilərini yerləşdirmək istəyir

Ermənistan Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan bu ölkənin Azərbaycanla sərhədi boyunca Rusiya sərhədçilərinin dayaq məntəqələrinin yerləşdirilməsini təklif edib. Bu barədə Sputnik Ermənistan xəbər verir.

"Mövcud vəziyyətdə hesab edirəm ki, Rusiya sərhədçilərinin dayaq məntəqələrinin Azərbaycanla bütün sərhəd boyunca yerləşməsi məsələsinə baxılması məqsədəuyğundur. Bu, hərbi toqquşma riski olmadan delimitasiya və demarkasiya işləri aparmağa imkan verəcək", - deyə Paşinyan bildirib.

Onun sözlərinə görə, Yerevan bu mövzunu Rusiyadan olan həmkarlarla müzakirə etməyi planlaşdırır.

Paşinyan vurğulayıb ki, Ermənistan hökuməti regionda sülhün və təhlükəsizliyin təminatı üçün bütün lazımi addımları atacaq.

Ermənistan Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) Azərbaycanla sərhəd boyunca bir monitorinq missiyası yerləşdirmək imkanını nəzərdən keçirməyi təklif edir.

Həmçinin oxuyun:

* MN: Azərbaycan Ordusu Kəlbəcər istiqamətində atəşkəsə riayət edir

* Rusiya Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası üçün məlumatlar təklif edir

Putin Azərbaycanla Ermənistan sərhədindəki vəziyyətlə bağlı təcili iclas çağırdı

* MN: Azərbaycan Rusiyanın atəşkəs təşəbbüsünə razılıq verdi, Ermənistan isə...

* Ermənistan atəşkəsi pozmaqla nəyə nail olmaq istəyir? – Arzu Nağıyev şərh edir