FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Həyat naminə: Mingəçevir stadionunda qeyri-adi əncir ağacı görənləri heyrətləndirir

Şəhər stadionun bilet kassasının ən hündür yerində bitən əncir ağacı maraqlı görüntülər yaradıb. Üzərində kiçik meyvələri olan ağac Sputnik Azərbaycan-ın fotolentində.
Sputnik

Əncir o qədər uca boylu olmasa da məhsuldar bitki hesab edilir. İsti sevən, quraqlığa davamlı olan əncir Azərbaycanın hər yerində bitir.

Meyvəsindən qurudulmuş halda daha çox istifadə edilir. Mingəçevir isti iqlimi ilə seçilən şəhərlərdən olduğundan orada bu bitkinin yetişməsi təccüb doğurmur.

Amma əncirin illər öncə şəhər stadionu üçün tikilən hündür kassa binasında daşı yarıb çıxması insanların marağına səbəb olub. Hündürlükdə kök atan əncir ağacı bar da verib. O, ətrafında olan uca boylu çinar, şam ağaclarından seçilmir. Mingəçevirdə təbiətin yaratdığı qeyri- adi gözəlliyi Sputnik Azərbaycan-ın fotolentində izləyə bilərsiniz.