FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Azərbaycanda istirahət edin: Qusar rayonunun füsunkar gözəllikləri

Sputnik

Sərhədlər bağlı olduğu üçün ölkə üzrə səyahət etmək lazımdır. Burada bəzi yerlər xaricdəki bir çox turistik istiqamətlərdən hətta üstündür.

Belə yerlərdən biri ölkənin şimal-şərqindəki Qusar rayonudur.

Qusar rayonun nə ilə özünə cəlb edir? Əlbəttə ki, ilk növbədə təbiəti ilə. Böyük Qafqazın ətəklərində yerləşən bu diyar gözəl meşələr, dağ çayları, şəlalələr, dağlar və aşırımlarla zəngindir. Bölgə həm yay, həm də qış turizmi üçün çox əlverişlidir.

Sizi burada gözəl və təkrarolunmaz yerli mətbəx, bənzərsiz tarixi və mədəni abidələr, qədim yaşayış məskənləri, qonaqpərvər, gülərüz insanlar qarşılayacaqlar.

Ona görə də hətta istirahət üçün vaxtınız elə də çox deyilsə, Qusara üz tutun. Bakıdan orayadək yol 2,5 saat vaxtınızı alacaq.

1 / 13
Qusar rayonunda dağ mənzərəsi.
2 / 13
Qusar rayonunun füsunkar gözləllikləri.
3 / 13
Qusar şəhərində körpü.
4 / 13
Qusar şəhərinin küçələrində inəklər.
5 / 13
Qusarçay.
6 / 13
Qusar şəhərində çay.
7 / 13
Qusar rayonunda dincələnlər.
8 / 13
Qusar rayonundan mənzərə.
9 / 13
"Xran fu" ləzgi çörəyi.
10 / 13
Qusar rayonunda yollar.
11 / 13
Qusar şəhərinin küçələrinin birində at.
12 / 13
Qusar rayonunda gün batması.
13 / 13
Qusar rayonundan mənzərə.