VİDEO

Kəlbəcərin Günəşli kəndi bu gün necə görünür

Azərbaycan Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Günəşli kəndindən videogörüntüləri yayımlayıb. Bu barədə Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir.
Sputnik

Azərbaycan Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Günəşli kəndindən videogörüntüləri yayımlayıb. Bu barədə Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir.

Günəşli — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Günəşli kənd inzibati ərazi dairəsində kənddir. Kəndin adı 1992-ci ilə qədər Kilsəli olub. Bu kəndin yerləşdiyi ərazidə bir neçə qədim alban kilsəsi olduğuna görə kənd belə adlanırdı. Sonradan kəndin adı dəyişdirilib Günəşli qoyuldu. Kəndin ərazisi güney olduğundan həmişə günəşli olurdu. Ona görə də sonradan kənd Günəşli adlandırılıb. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir.

Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.