Açıqlandı: 220 hektar ərazi minadan təmizlənib

İyulun 19-dan 24-dək aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 124, tank əleyhinə 16 mina və 541 ədəd partlamamış hərbi sursat aşkarlanıb.
Sputnik

 

BAKI, 26 iyul — Sputnik. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir ki, iyulun 19-dan 24-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 124, tank əleyhinə 16 mina və 541 ədəd partlamamış hərbi sursat aşkarlanıb.

Bildirilir ki, bu müddət ərzində 220 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.