Tacikistan-Qırğızıstan sərhədində atışma olub

Hazırda Kum-Mazarda tərəflərin sərhəd nümayəndələri yerli idarəetmə və hüquq-mühafizə orqanlarının əməkdaşlarının iştirakı ilə görüş keçirirlər.
Sputnik

BAKI, 24 iyul - Sputnik. Tacikistanla Qırğızıstan sərhədində atılşma olub.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə məlumatı Qırğızıstan Sərhəd Xidməti yayıb. Qeyd olunur ki, Batken rayonunun Kum-Mazar yaşayış məntəqəsində Tacikistanın sərhəd rayonunun sakinləri "Qırğızıstan tərəfi ilə razılaşdırmadan" ərazini qumdan təmizləməyə başlayıblar.

"Hadisə yerinə Qırğızıstan sərhədçiləri, yerli hakimiyyət nümayəndələri və sakinlər gəliblər. Qırğızıstan tərəfinin işləri dayandırma barədə tələbinə qarşı tərəf məhəl qoymayıb, üstəlik, Tacikistan vətəndaşları bir Qırğızıstan vətəndaşını döyməyə cəhd ediblər. Bundan sonra söz savaşı davaya çevrilib, adamlar bir-birlərinə daş atmağa başlayıblar", - mətbuat xidmətinin məlumatında deyilir.

Tacikistan sərhədçiləri qarşı tərəfə atəş açıblar, Qırğızıstan sərhədçiləri də atəşlə cavab veriblər.

Qırğızıstan tərəfdən ölən və yaralanan yoxdur, vəziyyət sabitləşib.

Hazırda Kum-Mazarda tərəflərin sərhəd nümayəndələri yerli idarəetmə və hüquq-mühafizə orqanlarının əməkdaşlarının iştirakı ilə görüş keçirirlər.

Xatırladaq ki, Qırğızıstan-Tacikistan sərhədində bu tip iğtişaşlar dəfələrlə baş verib. Bu il aprelin 30-na olan məlumata görə, indiyə qədər münaqişə nəticəsində hər iki tərəfdən 13 nəfər həlak olub, 130 nəfər yaralanıb.

Eləcə də oxuyun: