Çukotkada morju dəniz yırtıcısından xilas ediblər. Providenski Şəhər Administrasiyası ərazidən kadrlar çəkməyə nail olub. Belə güman olunur ki, heyvan dəniz yırtıcısından qurtulmaq üçün özünü sahilə atıb və demək olar ki, bir sutka quruda qalıb.
Yerli sakinlər, baytarlıq stansiyasının baytarı, administrasiyanın nümayəndələri heyvanın həyatına biganə qalmayaraq morja kömək etməyə tələsiblər. İnsanlar tibb işçisinə bu məməli dəniz heyvanına iynə vurmaqda, antibiotik və vitaminlər verməkdə yardım ediblər.
Bir müddət sonra morj güc toplayaraq sahili tərk edib.