PAYTAXT XƏBƏRLƏRİ

Bakıda avtomobillərə yeni seriya nömrəsi verilir

Ötən gündən etibarən Bakı şəhərində qeydiyyatda olan nəqliyyat vasitələrinə yeni seriyalı şərti kodun verilməsinə başlanılıb.
Sputnik

BAKI, 24 iyul - Sputnik. "Bakı şəhərində qeydiyyatda olan nəqliyyat vasitələrinə yeni seriya nömrəsi verilir".

Sputnik Azərbaycan bildirir ki, bu barədə APA-ya Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev məlumat verib.

DYP rəsmisi qeyd edib ki, ötən gündən etibarən Bakı şəhərində qeydiyyatda olan nəqliyyat vasitələrinə yeni “77” seriyalı şərti kodun verilməsinə başlanılıb.

Qeyd edək ki, lindiyəək paytaxtda qeydiyyatda olan avtomobillərə "10" və "90" seriya nömrələri verilirdi.