Türkiyədə göyərtəsində 45 nəfər olan gəmi batdı

Dəniz Qüvvələri Komandanlığına məxsus 2 freqat və dəniz polisi təyyarəsi qeyri-sabit hava şəraitinə rəğmən bölgədə axtarış-xilasetmə fəaliyyətini davam etdirir.
Sputnik

BAKI, 23 iyul — Sputnik. Türkiyənin Milli Müdafiə Nazirliyi Antalyanın Kaş rayonundan 161 mil cənub-qərbdə, Aralıq dənizinin şərq hissəsində göyərtəsində 45 nəfərin olduğu gəminin batdığı barədə məlumat yayıb. Sputnik Azrəbaycan bu barədə Anadolu Agentliyinə istinadla xəbər verib.

Məlumatda qeyd olunur ki, bölgəyə dərhal Türkiyə Dəniz Qüvvələrinin Gökova freqatları yönləndirilib və hazırda bölgədə axtarış-xilasetmə işi aparılır.

"Dəniz Qüvvələri Komandanlığına məxsus 2 freqat və dəniz polisi təyyarəsi qeyri-sabit hava şəraitinə rəğmən bölgədə axtarış-xilasetmə fəaliyyətini davam etdirir", – deyə məlumatda vurğulanır.

Türkiyə Müdafiə Nazirliyinin yaydığı məlumata görə, 37 nəfər xilas edilib, yerdə qalan 8 nəfərin axtarışları üzrə əməliyyatlar davam etirilir. 

Həmçinin oxuyun:

Qara dənizdə batan gəminin dörd üzvü ölüb, axtarışlar dayandırılıb