FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Tokio-2020 Olimpiya Oyunlarının açılış mərasimindən rəngarəng görüntülər

Sputnik

İyulun 23-də Tokioda Yay Olimpiya Oyunlarına start verilib. Əsas idman forumunun hələ 2020-ci ildə keçirilməsi planlaşdırılırdı. Lakin koronavirus pandemiyası üzündən tədbir məcburən təxirə salındı. Bu Olimpiadada dünyanın 206 ölkəsindən 12,5 min idmançı iştirak edəcək. Yarış proqramına 33 idman növü daxil edilib və idmançılar 339 Olimpiya medalı uğrunda mübarizə aparacaqlar.

Açılış mərasimini Tokiodakı Olimpiya stadionunun tribunalarından yalnız minə yaxın rəsmi şəxs izləyib. Arenanın xaricində isə Oyunların keçirilməsinə etiraz edənlərin aksiyası keçirilib. Sorğuların nəticələrinə görə, Yaponiya əhalisinin 80%-ə qədəri Olimpiadanın keçirilməsinin əleyhinədir.

Parad zamanı Yaponiya Milli Olimpiya Stadionunun meydanına çıxan ilk komanda Olimpiya Oyunlarının əcdadı sayılan Yunanıstan komandası olub. Yunanlıların ardınca meydana qaçqın komandası daxil olub. Daha sonra islandlar və irlandlar, ardınca isə Azərbaycan komandası. Azərbaycan yığmasının bayraqdarları cüdoçu Rüstəm Orucov və taekvondoçu Fəridə Əzizova idi. Komandaların çıxışının qeyri-adi tərəfi nümayəndə heyətlərinin meydana yapon əlifba sırası ilə daxil olması idi. 

Koronavirus pandemiyası səbəbindən Tokio-2020 Olimpiadasının açılış mərasimi tamaşaçısız keçirilib. 

Paradın əvvəlində iştirakçılar koronavirus pandemiyasının qurbanlarının hamısını bir dəqiqəlik sükutla yad ediblər.

Açılış mərasiminə paralel olaraq, stadiondan bir az aralıda, Tokioda Olimpiya Oyunlarının keçirilməsinə qarşı etiraz aksiyası olub. Yaponiya paytaxtının sakinləri, yarışmanın ölkədə koronavirusa yoluxma hallarının artdığı bir vaxtda keçirilməsindən narazıdır. Stadiondakı çıxışlar arasındakı fasilələrdə etirazçıların qışqırıq səsləri eşidilib.

Azərbaycan Tokio-2020-də
Tokio Yay Olimpiadasında ölkəmizi 44 idmançı təmsil edəcək. Onlar 40 lisenziya qazanaraq 14 idman növündə - cüdo, güləş, bədii gimnastika, idman gimnastikası, karate, boks, taekvondo, yüngül atletika, güllə atıcılığı, qılıncoynatma, veloidman, badminton, üzgücülük və triatlonda - çıxış edəcəklər.

Azərbaycan üçün bu, 2004-cü ildə Afinada keçirilən Olimpiya Oyunlarından bəri ən az sayda Olimpiya lisenziyasıdır, o vaxt idmançılarımız 38 lisenziya qazanmışdılar.

2008-ci ildə Pekində azərbaycanlı idmançılar 44, 2012-ci ildə Londonda 53, 2016-cı ildə Rio-de Janeyroda 56 lisenziya qazanıblar. 1996-cı ildən bəri olimpiadalarda idmançılarımız 43 medal qazanıblar ki, bunun da 7-si qızıl, 11-i gümüş, 25-i isə bürüncdür.

1 / 15
Tokio-2020 Olimpiya Oyunlarının açılış mərasimi.
2 / 15
İyulun 23-də Tokioda Yay Olimpiya Oyunlarına start verilib.
3 / 15
Tokio-2020 Olimpiya Oyunlarının açılış mərasimi.
4 / 15
Bu Olimpiadada dünyanın 206 ölkəsindən 12,5 min idmançı iştirak edəcək.
5 / 15
Tokio-2020 Olimpiya Oyunlarının açılış mərasimi.
6 / 15
Yarış proqramına 33 idman növü daxil edilib və idmançılar 339 Olimpiya medalı uğrunda mübarizə aparacaqlar.
7 / 15
Tokio-2020 Olimpiya Oyunlarının açılış mərasimi.
8 / 15
Koronavirus pandemiyası səbəbindən Tokio-2020 Olimpiadasının açılış mərasimi tamaşaçısız keçirilib. 
9 / 15
Tokio-2020 Olimpiya Oyunlarının açılış mərasimi.
10 / 15
Tokioda 32-ci Olimpiya oyunlarının açılış mərasimində Azərbaycan nümayəndə heyətinin keçidi.
11 / 15
Tokio-2020 Olimpiya Oyunlarının açılış mərasimi.
12 / 15
Arenanın xaricində isə Oyunların keçirilməsinə etiraz edənlərin aksiyası keçirilib.
13 / 15
Açılış mərasimini Tokiodakı Olimpiya stadionunun tribunalarından yalnız minə yaxın rəsmi şəxs izləyib.
14 / 15
Tokio-2020 Olimpiya Oyunlarının açılış mərasimi.
15 / 15
Tokio-2020 Olimpiya Oyunlarının açılış mərasimi.