Rusiya Əfqanıstanla sərhəddə taktiki təlimlərə başladı

Ehtiyac olacağı təqdirdə, Rusiya Federasiyası, Rusiya-Tacikistan strateji tərəfdaşlığı və müttəfiqlik ruhuna uyğun olaraq təcavüz və ya ərazi təxribatlarının qarşısını almaq üçün bütün lazımi tədbirləri görəcək.
Sputnik

BAKI, 22 iyul — Sputnik. Rusiyanın Taciksitanda yerləşən 201 saylı hərbi bazasının hərbçiləri planauyğun və plandankənar taktiki təlimlər keçirir. Sputnik Azərbycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bu məlumatı Rusiyanın Xarici İşlər Nazirliyi yayıb.

Məlumatda bildirilir ki, təlimlər Tacikistanla Əfqanıstan sərhədində yaranan vəziyyət fonunda keçirilir.

"Ehtiyac olacağı təqdirdə, Rusiya Federasiyası Rusiya-Tacikistan strateji tərəfdaşlığı və müttəfiqlik ruhuna uyğun olaraq təcavüz və ya ərazi təxribatlarının qarşısını almaq üçün bütün lazımi tədbirləri görəcək", - deyə Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.

O, əlavə edib ki, Rusiya bundan sonra da Tacikistanın müdafiə qabiliyyətinin artırılması üçün yardım etməyə davam edəcək.

Əfqanıstanda nə baş verir

Əfqanıstanda hökumət qüvvələri ilə kənd rayonlarının əksəriyyətini ələ keçirərək iri şəhərlərə hücuma başlamış taliblər arasında qarşıdurma davam edir. Ölkədə qeyri-sabitlik ABŞ administrasiyasının sentyabrın 11-nə qədər ölkədən qoşunların çıxarılacağı barədə vədləri fonunda artır.

2020-ci ildə Vaşinqton və "Taliban" nümayəndələri Dohada son 18 ildən artıq bir müddət ərzində ilk sülh sazişini imzalayıblar. Həmin sənəd əcnəbi hərbi kontingentin ölkədən çıxarılmasını və əsirlərin mübadiləsindən sonra Əfqanıstan daxilindəki qüvvələr arasında dialoqun başlanmasını nəzərdə tutur.

* Taliban - 1994-cü ildə yaranan və 1996–2004-cü illər arası Əfqanıstanın bütün ərazisini idarə etmiş hərəkatdır. 2003-сü ildə BMT TŞ tərəfindən terror təşkilatı kimi tanınıb.