CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Professor 146 yaşlı Azərbaycan mətbuatının vəziyyətindən danışır

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmli deyir ki, reallığın irəli sürdüyü şərtlər daxilində bizim mediamızın cəmiyyəti doğru dəqiq dürüst ifadə edə bilmək problemi var
Sputnik

Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 146 il ötür. Sputnik Azərbaycan milli mətbuatımızın vəziyyəti, rpoblemləri və qarşıda duran vəzifələri ilə bağlı Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmlinin fikirlərini öyrənib.

Professor bildirib ki, Azərbaycan mətbuatı bu 146 il ərzində şərəfli bir yol keçib: “Hesab edirəm ki, Azərbaycan mətbuatı son illərin durğunluğundan çıxa bilib. Reallığın irəli sürdüyü şərtlər daxilində bizim mediamızın cəmiyyəti doğru dəqiq dürüst ifadə edə bilmək problemi var. Eyni zamanda bura medianın peşəkarlıq və iqtisadi problemlərini də əlavə etmək olar. Bu problemlərin həlli üçün bəzi məsələlər həllini tapmalıdır. Həmçini jurnalistlərin peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsinə ehtiyac duyulur”.

Qulu Məhərrəmlinin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz