İQTİSADİYYAT

Azərbaycanlıları Türkiyədə mənzil almağa sövq edən əsas səbəblər – ekspert açıqlayır

Azərbaycanın Rieltorlar Birliyinin sədri Elnur Azadov deyir ki, Türkiyə ilə Azərbaycanın mədəni və siyasi cəhətdən yaxınlığı da insanları bu istiqamətdə yatırımlar etməyə sövq edir
Sputnik

Bu ilin iyun ayında Azərbaycan vətəndaşları Türkiyədə 164 mənzil alıb. Türkiyənin Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, bu, 2020-ci ilin iyun ayı ilə müqayisədə 94 mənzil və ya 2,3 dəfə artıb.

Azərbaycanı Türkiyədə mənzil almağa təşviq edən səbəblər hansılardır?

Sputnik Azərbaycan mövzu ilə bağlı Azərbaycanın Rieltorlar Birliyinin sədri Elnur Azadovun fikirlərini öyrənib.

Ekspert bildirib ki, il-ildən Azərbaycan vətəndaşlarının Türkiyədə daşınmaz əmlak almaq üçün yatırdıqları investisiyaların həcmi artmaqdadır: “Bunun müxtəlif səbəbləri var. İlk olaraq buna uyğun mühit səbəb olur. Zəngin insanlar xarici ölkələrdə daşınmaz əmlaka sahib olmaqda maraqlıdırlar. Türkiyə ilə Azərbaycanın mədəni və siyasi cəhətdən yaxınlığı da insanları bu istiqamətdə yatırımlar etməyə sövq edir. Türkiyədə daşınmaz əmlak bazarında xidmət yüksəkdir və buna uyğun olaraq da bazarda əlverişli mühit mövcuddur. Son illər vətəndaşlarımız Türkiyədə təhsil alacaq övladlarının yaşam şəraitini yaxşılaşdırmaq üçün mənzil alırlar”.

Elnur Azadovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz