İyirmi səkkiz milyonluq uçuş reallaşdı: dünyanın ən varlı adamı kosmosda olub

Dünyanın ən varlı adamını kosmik gəmidə onun qardaşı Mark Bezos, 18 yaşlı Niderland vətəndaşı Oliver Daemen və Texas ştatından olan, aviasiya sahəsində çalışmış 82 yaşlı qadın Vally Fank müşayiət edib.
Sputnik

BAKI, 20 iyul - Sputnik. "Amazon" şirkətinin yaradıcısı, dünyanın ən varlı adamı sayılan Ceff Bezos "New Shepherd" hava gəmisi ilə kosmosa uçub.

Sputnik Azərbaycan xarici KİV-lərə istinadla xəbər verir ki, Bezosun uçuşunu "Blue Origin" şirkəti təşkil edib.

Onu gəmidə qardaşı Mark Bezos, 18 yaşlı Niderland vətəndaşı Oliver Daemen və Texas ştatından olan, aviasiya sahəsində çalışmış 82 yaşlı qadın Vally Fank müşayiət edib.

Kosmik gəmi Van Horn şəhəri (Texas) yaxınlığındakı kosmodromdan həyata keçirilib və təxminən 11 dəqiqə davam edib. Təxminən üç dəqiqə ərzində kosmik gəminin sərnişinləri çəkisizliyı hiss ediblər.

Bu, mülki şəxslərin kosmosa ilk uçuşudur.

13.06.2021

Kosmik gəmidə on dəqiqə üçün 28 milyonundan keçdi

Amazon-un banisi Ceff Bezosla birgə kosmosa uçuş üçün yer hərracda 28 milyon dollara satılıb. 

Sputnik Azərbaycan bildirir ki, Blue Origin kosmik şirkəti bununla bağlı apardığı alqı-satqını canlı yayımlayıb.

107 saylı adam yeri 28 milyon dollara alıb.

Amazon-un banisi və onun qardaşı ilə kosmosa uçmaq şansını qazanan adamın şəxsiyyəti hələ bəlli deyil. New Shepard-la kosmosa uçacaq şəxsin adı bir neçə həftə sonra bəyan ediləcək. Eləcə də yaxın vaxtlarda heyətin "dördüncü və sonuncu" üzvü də bəlli olacaq, Blue Origin-dən bildiriblər.

Bir müddət öncə Blue Origin New Shepard suborbital gəmisinin göyərtəsində sərnişin yerini onlayn hərracda satışa çıxarmışdı. Hərracı qazanan şəxs iyulun 20-nə planlaşdırılan uçuşda Blue Origin-in sahibi, biznesmen Ceff Bezos və onun qardaşı Marka yol yoldaşı olacaq.  

New Shepard – çoxdəfəli istifadə üçün yararlı kosmik gəmidir, onu kosmosla sərhədə kommersiya uçuşları həyata  keçirmək üçün tikirlər. Şirkətin texnologiyasına görə, uçuş cəmi 10 dəqiqə çəkir: New Shepard Texasdakı kosmodromdan qalxır, heyətin olduğu kapsuldan ayrılan raket şaquli eniş edir, kapsul Yer səthindən 105 km hündürə qalxır, bundan sonra isə paraşütlə enməyə başlayır.

Blue Origin New Shepard-ın 15 test uçuşunu keçirib, onların hamısı pilotsuz olub. Onlardan sonuncusu apreldə olub, o da pilotsuz gerçəkləşsə də, startdan öncə gələcək pilotlu uçuşun "məşqi" aparılıb.