CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qurbanlıq heyvanların kəsimi prosesi necə təşkil olunacaq? – AQTA rəsmisi açıqlayır

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mətbuat xidmətinin rəhbəri Aysel Fərziyeva deyib ki, prosesin daha rahat həyata keçirilməsi üçün ölkə üzrə 88 ünvanda heyvan kəsimi və satışı məntəqləri fəaliyyət göstərəcək
Sputnik

“Qurban bayramı günlərində qurbanlıq heyvanların kəsimi və satışının həyata keçirildiyi zamanda kütləvi toplaşmanın qarşısını almaq üçün və prosesin daha rahat həyata keçirilməsi üçün ölkə üzrə 88 ünvanda heyvan kəsimi və satışı məntəqləri fəaliyyət göstərəcək”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mətbuat xidmətinin rəhbəri Aysel Fərziyeva deyib.

O bildirib ki, fəaliyyət göstərəcək qurbanlıq heyvanların satışı və kəsimi yerlərindən 53-də həm kəsim, həm satış, 17-də qurbanlıq heyvanların satışı, 18-də isə yalnız heyvan kəsimi xidmətləri vətəndaşlara təklif olunacaqdır: “Sözügedən bu ünvanların hər birinndə qurbanlıq heyvanlar baytar nəzarəti altında kəsiləcək. Regionlar üzrə AQTA ilə razılaşdırılmaqla heyvan kəsimi çadırları qurulacaq. Bu prosesə ticarət şəbəkələri də cəlb olunacaq. Vətəndaşlar ticarət şəbəkələrindən əvvəlcədən qəbul edilmiş sifarişlərə uyğun olaraq baytarlıq nəzarətindən keçmiş və bayram günlərində kəsilmiş sağlam qurbanlıq heyvan cəmdəklərini əldə edə bilərlər”.

Aysel Fərziyevanın fikirlərinə audiofaylda qulaq asa bilərsiniz