CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hava ilə bağlı xəbərdarlıq: sabah bəzi yerlərdə temperatur 44 dərəcə olacaq

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Abşeron çimərliklərində dəniz suyu 29 dərəcəyədək qızacaq, bəzi rayonlarda qısamüddətli yağış, bəzilərində 44 dərəcə hərarət gözlənilir.
Sputnik

BAKI, 20 iyul - Sputnik. Azərbaycan ərazisində iyulun 21-də gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 24-27° isti, gündüz 35-40° isti olacaq. Bakıda gecə 25-27° isti, gündüz 37-39° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70%, gündüz 40-45% olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-28° isti, gündüz 35-40°, bəzi yerlərdə 42-44° isti, dağlarda gecə 15-20° isti, gündüz  30-35° isti olacaq.

Abşeron çimərliklərində gözlənilən  hava şəraiti

Cənub küləyi əsəcək.

Dəniz suyunun temperaturu: 

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 27-28° isti,

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 28-29° isti olacaq.

Tibbi-meteoroloji proqnoz

İyulun 21-də Abşeron yarımadasında havanın maksimal temperaturunun 38-40°-dək yüksələcəyi, zəif küləklərin üstünlüyü gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir.