SƏHİYYƏ

Şəkərin təhlükəli həddini ovucla müəyyən etmək olur

Xəstəliyi aşkar etmək üçün ovucları birləşdirmək lazımdır. Əgər sindrom varsa, barmaqlar bir-birinə toxunmayacaq, bu halda həkimə müraciət etmək gərəkdir.
Sputnik

BAKI, 19 iyul - Sputnik. Diabetik xiroartropatiya adlandırılan sərt əl diabetik sindromu qanda şəkərin miqdarına kifayət qədər nəzarət etmədikdə yaranır. Sputnik Azərbaycan bildirir ki, bu barədə Daily Express qəzeti yazır.

Həkimlərin rəyinə görə, sərt əl diabetik sindromu əlin və barmaqların oynağının məhdud hərəkətliliyi ilə xarakterizə olunur.

Məqalədə qeyd olunur ki, xəstəlik zamanı öncə çeçələ barmaq yığılır, vaxt keçdikcə bu, bütün ələ sirayət edə bilər. Həkimlər deyirlər ki, insan, əlinin dərisinin qalınlaşdığını hiss edir və bəzən elə gəlir ki, sanki dəri mumdandır. 

Xəstəliyi aşkar etmək üçün ovucları birləşdirmək lazımdır. Əgər sindrom varsa, barmaqlar bir-birinə toxunmayacaq, bu halda həkimə müraciət etmək gərəkdir.

Eləcə də oxuyun: