CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İsmayıllıda toy yasa döndü: bəyin bıçaqlanma xəbərini eşidən ata vəfat etdi

Toy məclisi yekunlaşdıqdan sonra iştirakçılar arasında dava düşüb. Qonaqları ayırmaq istəyən bəy və qardaşı bıçaqlanıblar.
Sputnik

BAKI, 19 iyul - Sputnik. İsmayıllıda toyu günü bıçaqlanan bəy və qardaşının atası da ölüb.

Sputnik Azərbaycan-ın məlumatına görə, iyulun 18-də  toydan sonra düşən dava nəticəsində bıçaqlanan qardaşlar - 1983-cü il təvəllüdlü Tahirli Abuzər Nəriman oğlu və qardaşı 1991-ci il təvəllüdlü Tahirli  İlkin Nəriman oğlunun atası Səfərəliyev Nəriman Tahir oğlunun vəziyyəti qəfildən pisləşib.

Dərhal xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb. İlkin məlumatlara görə, N.Səfərəliyevin ürəyi xəstə olub, oğlanlarının bıçaqlanma xəbərini eşidəndən sonra vəziyyəti ağırlaşıb.

--------

00:33

İsmayıllıda bəy və qardaşı toydan sonra bıçaqlanıblar.

Sputnik Azərbaycan xəbər verir ki, hadisə bazar günü, iyulun 18-də axşam saatlarında İsmayıllıda baş verib. İlkin məlumatlara görə, toy məclisi yekunlaşdıqdan sonra iştirakçılar arasında dava düşüb. Qonaqları ayırmaq istəyən bəy, 1983-cü il təvəllüdlü Tahirli Abuzər Nəriman oğlu və qardaşı, 1991-ci il təvəllüdlü  Tahirli İlkin Nəriman oğlu bıçaqlanıblar.

Hadisədən sonra hər iki qardaşı İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Müxtəlif dərəcəli xəsarət alan qardaşlar müayinə edilərək, onlara ilkin tibbi yardım göstərilib.
Hadisənin daha dəqiq səbəbləri və təfərrüatı hüquq mühafizə orqanlarının aparacağı araşdırmalardan sonra məlum olacaq.

Qeyd edək ki, iyulun 18-də daha bir toy məclisi xoşagəlməz hadisə ilə bitib. Bərdədə toy məclisində olan altı qonaq zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Eləcə də oxuyun: