MƏDƏNİYYƏT

Azərbaycanlı müğənni "Slavyan bazarı"nın qalibləri sırasındadır

Belarusun Vitebsk şəhərində 14 ifaçının iştirakı ilə keçirilmiş beynəlxalq sənət festivalının qalibləri elan olunub.
Sputnik

BAKI, 19 iyul — Sputnik. Azərbaycan təmsilçisi Tofiq Hacıyev Vitebskdə keçirilən XXX beynəlxalq "Slavyan bazarı" sənət festivalında çüncü yeri tutub. Bu barədə Sputnik Azərbaycan-a müğənninin özü məlumat verib.

İyulun 14-də Belarusun Vitebsk şəhərində başlamış festivalda 14 ölkənin nümayəndəsi iştirak edib. Söhbət Azərbaycan, Rusiya, Ekvador, Ukrayna, Serbiya, Slovakiya, Litva, Latviya, Qırğızıstan, Qazaxıstan, Kuba, Almaniya, Bosniya-Herseqovina və Belarus təmsilçilərindən gedir.

Münsiflər heyətinə Belarusun xalq artisti Anatoli Yarmolenko, "Beynəlxalq italyan festivalları" mədəni assosiasiyasının prezidenti Mikele Poma, Moldovanın xalq artisti Konstantin Moskoviç, "Vitebsk-2015" Qran-prsinin sahibi Dimaş Kudaybergen və başqa məşhur müğənnilər daxil olublar.

"Slavyan bazarı"nın qalibləri

Müsabiqənin baş mükafatı uğrunda gərgin mübarizə gedir. Qran-pri Qazaxıstanın təmsilçisi Ruhiyyəyə qismət olub. Birinci yeri Serbiydan İrina Arsenieviç tutub, ikincini Belarusdan Daniil Mışkovs və Ukraynadan Renata Ştifel, üçüncü yeri isə Slovakiyadan İvanna və Azərbaycandan Tofiq Hacıyev bölüşüblər.

"Azərbaycanı layihədə layiqincə təmsil edə bildiyimə görə xoşbəxtəm. Etiraf edim ki, çox həyəcanlı idim, çünki bu mənim ilk beynəlxalq müsabiqəm idi. Məni dəstəkləyən və qələbəmə inanan bütün həmkarlarıma və dostlarıma minnətdaram", - Hacıyev deyib.

Qədirov festivala qayıtmaq fikrindədir

Müsabiqədə Rusiyanı təmsil etmiş Azərbaycan əsilli müğənni Emil Qədirova Belarus və Rusiyanın parlament məclisinin xüsusi mükafatı təqdim olunub.

"Müsabiqəyə gedərək çıxış etdiyim üçün xoşbəxtəm. Bu mənim "Slavyan bazarı"nda ilk çıxışım idi və əminəm ki, sonuncu olmayacaq", - Qədirov bildirib.

"Slavyan bazarı" festivalı

"Slavyan bazarı" beynəlxalq sənət festivalı Belarus Respublikasında keçirilən və ölkələrlə qitələri birləşdirən iri mədəni forumdur. Festivalda hər il müxtəlif ölkələrin nümayəndələri iştirak edir və ildən-ilə onların sayı artır.

Azərbaycanlılar Vitebskdə

Tofiq Hacıyev "Azərbaycanın səsi" milli musiqi layihəsindən iştirakdan sonra məşhurlaşıb. O həmçinin "Avroviziya-2019" beynəlxalq mahnı müsabiqəsinin milli seçim mərhələsinin dörd finalçısı sırasında olub. Həmin layihıdın sonra o solo karyerasına başlayıb. Hacıyev həmçinin yerli telekanallardan birində aparıcıdır.

Emil Qədirov "Romansiada-2012" XVI Moskva gənc rus romansı ifaçılarının beynəlxalq müsabiqəsinin, Klavdiya Şuljenko adına beynəlxalq müsabiqənin (Xarkov) laureatı, VIII Belqorod beynəlxalq klassik gitara ifaçılarının və gitaraçılar ansambllarının müsabiqəsinin birinci mükafatının, "Karpat Edelveysi" və "Qara dəniz sahilində" müsabiqələrinin Qran-prilərinin sahibidir. "Səs", "Yeni dalğa" layihələrində iştirak edib.