VİDEO

Nadir görüntülər: Ağcaqanad burulğanı

Rusiyanın Kamçatka diyarında qeyri-adi hadisə baş verib: həşəratlar sütun əmələ gətirir, sonra isə dağılışırlar. Videoda izləyin.
Sputnik

Rusiyanın Kamçatka diyarındakı Ust-Kamçatsk qəsəbəsində ağcaqanad burulğanı qeydə alınıb. Sputnik Azərbaycan bildirir ki, bu barədə «Камчатка-информ» məlumat yayıb.

Yerli sakinin çəkdiyi kadrlarda həşəratların sütun əmələ gətirdiyi, sonra isə dağıldığı görünür.

“Kronotsk” dövlət qoruğunun baş elmi işçisi Lüdmila Lobkova isə bildirib ki, belə hadisə yerli məkan üçün xarakterikdir, hər il təkrar olunur.

“Burada qorxulu heç nə yoxdur, bu, erkək ağcaqanadlardır, onlar istiqanlılara hücum etmirlər, bir və ya bir neçə dişi ağcaqanad ətrafında cütləşmək üçün fırlanırlar”, - o deyib.